AZ

Florentino Peresə qarşı intizam tədbiri tələb etdilər

ain.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

Florentino Peresə qarşı intizam tədbiri tələb etdilər

İspaniya Futbol Hakimləri Assosiasiyası İntizam Komitəsindən "Real"ın prezidenti Florentino Peresə qarşı İspaniya futbolundakı hakimlik və korrupsiya ilə bağlı sərt açıqlamalarına görə iş açmağı xahiş edib . 

QOL.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Arbitraj Assosiasiyası hesab edir ki, Perezin açıqlamaları idman tənqidindən kənara çıxıb və əslində bütün hakimlərin sistemli korrupsiyası ilə bağlı ittihamları ehtiva edir.

Müraciətdə bildirilir ki, "Real" prezidenti hakimlərin hərəkətləri səbəbindən bu mövsüm titullarının oğurladığını, iyirmi ildir korrupsiyaya qarşı mübarizə apardıqlarını və 16-18 xal itirdiklərini açıq şəkildə iddia edib. O, həmçinin hakimləri "Barselonanın hesabına varlanmaqda və qərəzli olmaqda ittiham edib.

Hakimlər Assosiasiyası bu cür açıqlamaların nüfuza ciddi ziyan vurduğunu və bütün İspaniya futbolunun etibarlılığına təsir göstərə biləcəyini vurğulayır. Onlar həmçinin işə baxıldığı müddətdə Peresə müvəqqəti məhdudiyyət qoyulmasını tələb edirlər.

Bundan əlavə, hakimlər Peres və "Real Madrid"dən açıq şəkildə üzr istəməyi, eləcə də mənəvi və peşəkar zərərin ödənilməsini istəyiblər.

Vəziyyət artıq İspaniyada ciddi rezonans doğurub və mümkün sanksiyalarla bağlı son qərarı federasiyanın İntizam Komitəsi verməlidir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
1
qol.az

2Mənbələr