AZ

Həkim kiflənmiş məhsulların istehlakının təhlükəsizliyini qiymətləndirdi

Oxumeni.az saytından alınan məlumata görə, ain.az bildirir.

Həkim kiflənmiş məhsulların istehlakının təhlükəsizliyini qiymətləndirdi

"Skandinaviya Səhiyyə Mərkəzi"nin qastroenteroloqu Olqa Çistik xəbərdarlıq edib ki, mütəmadi olaraq kiflənmiş məhsulların qəbulu ciddi sağlamlıq problemlərinə yol aça bilər. Oxuməni.az xəbər verir ki, o, bu barədə "Lenta.ru"ya müsahibəsində danışıb.

Həkimin sözlərinə görə, kifin əsas təhlükəsi mikotoksinlərdir – göbələklərin həyat fəaliyyəti zamanı ifraz etdiyi zəhərli maddələr. "Mikotoksinlər immuniteti zəiflədir, böyrəklərə, sinir sisteminə və hamiləlik zamanı dölə ziyan vurur. Bəzi insanlarda kifli qidanın qəbulu allergik reaksiyalara və bronxial astma tutmalarına səbəb olur. Hətta kiçik dozalarda mikotoksinlərin mütəmadi qəbulu isə qaraciyər xərçəngi riskini artırır", - deyə Çistik xəbərdarlıq edib.

O əlavə edib ki, kifli məhsullardan kəskin zəhərlənmə zamanı insanda ürəkbulanma, qusma, ishal, qarın ağrısı və hərarət yüksəlməsi müşahidə olunur. Qastroenteroloq qeyd edib ki, uşaqlarda və yaşlılarda belə vəziyyət xəstəxanaya yerləşdirmə tələb edə bilər.

Çistik həmçinin xəbərdarlıq edib ki, kif məhsulların dərinliyinə nüfuz edir, buna görə də zədələnmiş hissələri kəsmək zəhərlənmədən qorunmağa kömək etmir. Əgər insan çörəkdə, yumşaq pendirlərdə, giləmeyvələrdə, yumşaq meyvələrdə, cemlərdə və mürəbbələrdə kiçik bir kif ləkəsi görərsə, həkim bu məhsulları atmağı təkid edib.

Bununla belə, həkim qeyd edib ki, bəzi məhsulları kifi kəsməklə yemək mümkündür. Çistik bu məhsullara sıx strukturlu məhsulları daxil edib: bərk pendirlər, yerkökü və ya kələm.

Almaz Həsənli

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
1
oxumeni.az

2Mənbələr