Naxçıvan Muxtar Respublikasında buraxılış imtahanlarında maksimum nəticə göstərən abituriyentlərdən biri barədə maraqlı vəziyyət yaranıb. Ordubad rayonu Düylün kənd tam orta məktəbinin məzunu Əhməd Hüseynov imtahanda ümumilikdə 300 bal toplayıb.
Bizim.Media xəbər verir ki, o, Azərbaycan dili və riyaziyyat fənləri üzrə maksimum 100 bal nəticə göstərib. Lakin xarici dil seçimində fərqli addım atması onun buraxılış imtahanı nəticəsinin rəsmi siyahıda tam şəkildə nəzərə alınmamasına səbəb olub.
Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzi açıqlama verərək bildirib ki, buraxılış imtahanı fənləri dedikdə tədris dili, riyaziyyat və məktəbdə tədris olunun əsas xarici dil nəzərdə tutulur:
“Hüseynov Əhməd buraxılış imtahanında Azərbaycan dili, riyaziyyat və rus dili fənləri üzrə imtahan verib. O, Azərbaycan dili və riyaziyat fənlərinin hər biri üzrə 100 bal toplasa da, əsas xarici dil kimi imtahan verdiyi rus dilindən aşağı bal toplayıb. H.Əhməd ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək üçün buraxılış imtahanındakı xarici dili deyil, öz istədiyi xarici dili seçmək imkanından yararlanaraq ingilis dilini seçib və əlavə imtahan verməklə 100 bal toplayıb. Bu bal ali təhsil müəssisələrinə qəbul zamanı nəzərə alınacaq”.

Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta