AZ

Sədr: Lahıc yolunun açılması üçün zəruri tədbirlər görülür

Lahıc–İsmayıllı avtomobil yolunun dağlıq hissəsində qaya uçqunu və daş axını müşahidə olunub. Nəticədə yol müəyyən müddətə bağlanıb. İlkin müdaxilədən sonra hərəkət qismən bərpa edilsə də, sonradan iri qaya parçalarının yenidən yola tökülməsi səbəbindən yol təkrar bağlanıb.

"Yeni Sabah"  AZƏRTAC-a istinadla xəbər verir ki, bunu İsmayıllı Rayon Fövqəladə Hallar Komissiyasının sədri Mahmud Süleymanov deyib.

Onun sözlərinə görə, gecə saatlarında ərazidə işləmək təhlükəli olduğundan təmizləmə işləri dayandırılıb. pizza

“Səhər saatlarından etibarən isə əraziyə əlavə ağır texnika cəlb olunaraq yolun qaya parçaları və torpaq kütləsindən təmizlənməsi istiqamətində işlər davam etdirilir. Hazırda yol hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti üçün bağlıdır. Aidiyyəti qurumlar tərəfindən yolun qısa müddətdə açılması üçün zəruri tədbirlər görülür”, - deyə Mahmud Süleymanov vurğulayıb.

 


Telegram kanalımız
Seçilən
26
yenisabah.az

1Mənbələr