Astroloqlar bürclərin insan xarakterinə və psixoloji durumuna birbaşa təsir etdiyini bildirir. Xüsusilə bəzi bürclərin digərlərinə nisbətən daha çox bədbəxt hadisələrlə qarşılaşdığı haqqında fikirlər mövcuddur. Bu bürclər yaşam boyunca özlərini bədbəxt hiss edərək günahlandırır.
Bizim.Media ən bədbəxt 4 bürcü təqdim edir:
Xərçəng
Həssas və duyğusal quruluşları ilə tanınan Xərçəng bürcü insanları çox sayda emosional dalğalanmalar yaşayırlar. Bu vəziyyət onları daim bir növ bədbəxtlik halında saxlayır. Onları hər məsələdə özlərini “bədbəxt” adlandıracaq bir nüansı mütləq tapırlar.
Oxatan
Hər kəsə və hər şeyə sahib olduqlarını göstərsələr də, əslində daxilən bədbəxt hiss edirlər. Oxatan bürcü insanları, özlərini həqiqətən xoşbəxt edəcək insanların olmadığını düşünürlər.
Balıq
Həyəcanlı və enerjili görünsələr də, Balıq bürcü insanları xoşbəxt olacaqlarına çox da inanmırlar. Çünki onlar üçün xoşbəxtlik davamlı olmalıdır. Qısa müddətli şeylər onları qane etmir. Üz ifadələrini çox yaxşı istifadə edən Balıq bürcü, bədbəxtliyini gözləri ilə belə hiss etdirə bilir. Bu bürcün insanları bədbəxtliklərinin doğuşdan gəldiyini düşünürlər.
Dolça
Bu bürcün insanları həyatda heç bir uğur əldə edə bilmədikləri üçün özlərini bədbəxt hesab edirlər. Dolça bürcü nümayəndələri öz dünyalarında yaşamağa meylli olur və bu da onları bəzən təkliyə sürükləyir. Daxili ziddiyyətlər və yüksək gözləntilər səbəbindən isə onlar tez-tez özlərini xoşbəxt hiss etməkdə çətinlik çəkirlər.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta