AZ

Məşhur müğənniyə 14 milyonluq şantaj: “Otel videolarını...”

Bizim media saytından alınan məlumata görə, ain.az bildirir.

Türkiyənin tanınmış müğənnisi Kenan Doğulu naməlum şəxslər tərəfindən şantaj edilib.Bizim.Media xəbər verir ki, ifaçıya göndərilən mesajda ondan 300 min dollar (14 milyon lirə) tələb edilib.Bildirilib ki, əks halda özünə və yaxınlarına zərər veriləcək.“Sıra səndədir. Oteldəki videon və maşında nələr dediyinlə bağlı sübutlarımız var. 300 min dolları sənə dediyimiz hesaba göndər. Otel videolarını düşmən olduğunuz birində tapdıq”.Məsələnin ciddiliyini nəzərə alan sənətçi dərhal hüquq-mühafizə orqanlarına müraciət edib. Kenan Doğulu verdiyi açıqlamada həyatının təhlükədə olduğunu vurğulayaraq, “Həyati təhlükəsizliyim yoxdur” sözləri ilə vəziyyətin ağırlığını diqqətə çatdırıb.Aparılan araşdırmalar zamanı nömrə xəttinin xaricə aid olduğu üzə çıxıb.İstintaq nəticəsində cinayətin cəhd mərhələsində qaldığı və törədən şəxsin müəyyən edilmədiyi əsas gətirilərək işə xitam verilməsi barədə qərar qəbul olunub.Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
5
1
bizim.media

2Mənbələr