AZ

Peskov türk dilini necə öyrənməsindən danışıb

Azpolitika.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov institutda təhsil aldığı dövrdə türk dilini necə öyrənməyə başladığı barədə danışıb.

"Report" xəbər verir ki, o, bu barədə "Birinci kanal"a müsahibəsində danışıb.

Onun sözlərinə görə, bölgü sınaqlarından uğurla keçmək tələbələrə öyrənmək istədikləri dilləri özlərinin seçməsinə imkan verirdi:

"Hətta ikinci dəfə mən dili özüm seçmək hüququ əldə etmək üçün lazımi miqdarda bal toplamadım. Mən ərəb dilini öyrənmək istəyirdim. Aşağı nəticələrə görə mənə cəza olaraq məcburi şəkildə türk dilini verdilər. Amma cəmi bir neçə il türk dili və bütövlükdə türkologiya ilə məşğul olduqdan sonra mən əslində başa düşdüm ki, bu çox yaxşı olub".

Qeyd edək ki, Dmitri Peskov 1989-cu ildə Moskva Dövlət Universitetinin nəzdindəki Asiya və Afrika Ölkələri İnstitutunu bitirib və dərhal SSRİ Xarici İşlər Nazirliyində işə götürülüb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
8
azpolitika.info

9Mənbələr