AZ

Dinozavrlarla bağlı İNQİLABİ TAPINTI – Fildən 9 dəfə böyük olub... – FOTO

Tailandda aparılan qazıntılar zamanı alimlər yeni növ nəhəng uzunboyunlu dinozavrın qalıqlarını aşkarlayıblar.

Bizim.Media xarici mediaya istinadən xəbər verir ki, bu dinozavr Cənub-Şərqi Asiyada indiyədək tapılmış ən böyük dinozavr kimi qeydə alınıb.

Onun çəkisinin təxminən 27 ton olduğu bildirilir. Bu da 9 yetkin Asiya filinin çəkisinə bərabərdir. Uzunluğu isə 27 metrə çatıb və bu göstərici onu hətta diplodokdan da uzun edir. O, uzunboyunlu ot yeyən dinozavrların aid olduğu sauropodlar ailəsinə daxildir.

Böyük Britaniya və Tailanddan olan tədqiqatçılar bu növü 10 il əvvəl Tailandın şimal-şərqində, bir gölün yaxınlığında tapılan fosillər əsasında müəyyən ediblər.

Qeyd edək ki, alimlərin hesablamalarına görə, bu dinozavr 100–120 milyon il əvvəl yaşayıb. Bu isə onun T-rex-dən( 68-66 milyon il əvvəl Şimali Amerika ərazisində yaşamış, yer üzündə gəzmiş ən nəhəng və qorxunc ətyeyən dinozavr növlərindən biri) təxminən 40 milyon il daha qədim olduğunu göstərir. Həm də ölçü baxımından T-rex-dən təxminən iki dəfə böyük olub.



Bizim.Media

Seçilən
14
1
bizim.media

2Mənbələr