AZ

Bu mövsüm cəzalandırılan hakimlər SİYAHI

ain.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Başa çatmaqda olan futbol üzrə Azərbaycan Premyer Liqasının 2025/26-cı il mövsümü həm də hakim qərarları ilə yaddaqalan olub. Bəzən bu qərarlar birbaşa oyunun yekun hesabına təsir edib və nəticəni dəyişdirib.Hakim qərarları barədə bir neçə Premyer Liqa klubu rəsmiləri öz narazılığını dəfələrlə dilə gətirib. Bu etiraz həm də sözügedən klubların böyük məbləğdə cəzalanmasına səbəb olub.Eyni zamanda, AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov oyunların həftəlik icmal şərhlərində səhv qərarları açıqlayıb və buna müvafiq olaraq həmin hakimlər haqqında cəzalar verilib.Bizim.Media bu il cəzalandırılan Premyer Liqa hakimlərinin adlarını təqdim edir:Əliyar AğayevAzərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində keçirilən "Turan Tovuz" - "Zirə" (0:2) matçında verdiyi qərarlarla gündəmə gələn matçın baş hakimi Əliyar Ağayev ağır cəza alıb. Penalti epizodlarında matçı davam etdirən təcrübəli FIFA referisi mövsümün beş turunda Premyer Liqa oyunlarına təyinat almayıb.Cavid CəlilovAzərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində keçirilən "Turan Tovuz" - "Zirə" (0:2) matçında  VAR hakimi olan Cavid Cəlilov cəzalandırılıb. C.Cəlilov matçın 70-ci dəqiqəsində Qismət Alıyevin Roderik Millerin ayağını tapdaladığı epizodda potensial penaltini düzgün dəyərləndirə bilməyib və Əliyar Ağayevi monitora çağırmayıb. Oyunun nəticəsinə birbaşa təsir edən qərar olduğundan o da 5 oyuna təyinat almayıb.İnqilab MəmmədovMisli Premyer Liqasının 28-ci turunda "Zirə" - "Neftçi" matçında verdiyi səhv qərarla yadda qalan İnqilab Məmmədov Premyer Liqa oyununa təyinat almayıb. Nəticədə o, 2-ci liqa matçına göndərilib. Hakim "Xankəndi" - "Qaradağ Lökbatan" oyununun baş hakimi olub.Qeyd edək ki, o, "Zirə" - "Neftçi" matçının son dəqiqələrində meydan sahiblərinin ofsayddan vurduğu qolu qeydə almışdı.Naibə, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
1
bizim.media

2Mənbələr