ABŞ Prezidenti Donald Trampın Floridadakı Tramp Milli Doral qolf kurortunda nəhəng qızıl heykəli ucaldılıb.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, “Don Kolossus" adlı heykəl dini liderlərin qatıldığı möhtəşəm bir mərasimlə açılıb.
7 metr hündürlüyündə olan qızıl örtüklə örtülmüş bürünc heykəlin dəyərinin təxminən 450 min dollar olduğu bildirilir.
2024-cü ildə Pensilvaniyada baş verən sui-qəsd cəhdindən sonra Trampın ikonik yumruq qaldırma pozasını əks etdirən qızıl örtüklü heykəl güc nümayişi kimi təsvir edilib.
Açılış mərasimində iştirak edə bilməyən Trampın telefonla pastor Mark Börnsə və iştirakçılara təşəkkür etdiyi bildirilir.
"Hər kəs heykəl ilə şəkil çəkdirir. Həqiqətən də gözəldir", - Tramp deyib.
Tramp həmçinin “Truth Social”da paylaşım edərək heykəlin ikonaya çevriləcəyini yazıb.
Billurə