Azərbaycana qarşı qərəzli kampaniyalara qarşı bütün Türk dünyası vahid platformadan çıxış etməlidir.
Publika.az Telegraf-a istinadən xəbər verir ki, bu barədə Türkiyə – Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri professor Aygün Attar bu gün Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumunda bildirib.
Müasir dünyada beynəlxalq hüququn xaotik şəkildə transformasiyaya məruz qaldığını və insan haqları adı altında fəaliyyət göstərən qurumların ikili standartlar nümayiş etdirdiyini deyən A. Attar Avropa təsisatlarının Azərbaycana qarşı qərəzli mövqeyini tənqid edib: