AZ

WUF13-də iştirak üçün 40 000-dən çox şəxs qeydiyyatdan keçib

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) hazırlıq çərçivəsində forumda iştirak üçün qeydiyyatdan keçənlərin sayı 182 ölkədən 40 mini ötüb.Bu barədə forumun təşkilatçıları məlumat yayıb.

Məlumata görə, yüksək iştirak göstəricisi şəhərlərin təhlükəsiz, inklüziv və dayanıqlı inkişafı sahəsində beynəlxalq əməkdaşlığa artan marağı əks etdirir.

Forum çərçivəsində şəhərsalma, dayanıqlı inkişaf, iqlim dəyişikliyi ilə mübarizə və şəhərlərin gələcək inkişaf modellərinə dair müzakirələrin aparılması planlaşdırılır.

Seçilən
5
1
anews.az

2Mənbələr