Yaponiyanın Onaqava Atom Elektrik Stansiyasında (AES) radioaktiv sızma baş verib.
Oxu.Az-ın "İzvestiya" nəşrinə istinadən xəbərinə görə, bu barədə stansiyanın operatoru olan "Tohoku Electric Power" şirkətindən məlumat verilib.
"Bu hadisə nəticəsində radioaktiv şüalanma tullantılarından ətraf mühitə heç bir təsir olmayıb", - deyə məlumatda bildirilib.
Qeyd edilir ki, sızma AES-in 2-ci enerji blokunda baş verib.
"Cebheinfo.az"