Bizim media saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
İstanbulun Arnavutköy rayonunda sosial şəbəkələrdə “Kelebek Sarsılmaz” adı ilə tanınan Hülya Sönmez yol hərəkəti zamanı başqa bir qadın sürücü ilə mübahisə edib.Bizim.Media Türkiyə mediasına istinadən xəbər verir ki, mübahisənin gərginləşməsi nəticəsində Sönmezin avtomobildən düşərək qarşı tərəfə fiziki hücum etdiyi, qadın sürücüyə baş zərbəsi endirdiyi anlar müşahidə kameralarına düşüb.Hadisədən sonra zərərçəkən qadın polisə müraciət edib. Görüntüləri araşdıran Arnavutköy Rayon Polis İdarəsinin Yol Polisi əməkdaşları hadisə ilə bağlı araşdırma aparıb.Nəticədə Hülya Sönmezə 180 min TL məbləğində cərimə tətbiq edilib, sürücülük vəsiqəsi 60 gün müddətinə əlindən alınıb, idarə etdiyi avtomobil isə müvəqqəti olaraq cərimə meydançasına yerləşdirilib.
Bizim.Media
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.