AZ

Soyunma otağında qızları çəkən yeniyetmə saxlanıldı

Niderlandda polis Almaniyadan olan 17 yaşlı yeniyetməni akvapark ziyarətçilərini gizli şəkildə çəkmək şübhəsi ilə saxlayıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə mayın 14-də Duinrell əyləncə parkının Tikibad spa zonasında baş verib. Yerli KİV-in məlumatına görə, gənc orada həmyaşıdları ilə istirahət edirmiş.

İddialara əsasən, yeniyetmə mobil telefonu soyunub-geyinmə otaqlarının arakəsmələri arasından uzadaraq qonaqları paltar dəyişərkən çəkib. Şübhəli davranışı görən şahidlər təhlükəsizlik xidmətinin əməkdaşlarına müraciət ediblər. Bundan sonra gənc hovuz zonasında saxlanılaraq polisə təhvil verilib. 

Hüquq-mühafizə orqanları zərərçəkənləri dindirib. Təhqiredici davranışla bağlı bir qız şikayət edib.

Daha sonra məlum olub ki, yeniyetmə daha əvvəl də akvapark əməkdaşlarında şübhə doğurub. Hazırda müstəntiqlər onun telefonunun məzmununu araşdırırlar.


Seçilən
0
2
azia.az

3Mənbələr