"Roma"nın hücumçusu Stefan El Şaravi mövsümün sonunda klubdan ayrılacağını açıqlayıb.
QOL.az xəbər verir ki, bu barədə məlumatı italiyalı futbolçu sosial şəbəkə hesabında paylaşıb.
El Şaravi 2016-cı ilin yayından "Roma"da çıxış edir. O, 10 il ərzində "Roma"da 346 oyun keçirib, 65 qol vurub və 30 məhsuldar ötürmə edib.