AZ

Minimum maaş artımı hamıya eyni təsir etməyəcək - AÇIQLAMA

Son illər Azərbaycanda minimum əmək haqqının mərhələli şəkildə artırılması əmək bazarında ən çox müzakirə olunan məsələlərdən biri olaraq qalır. Ekspertlər hesab edirlər ki, minimum maaşdakı dəyişiklik yalnız aşağı gəlirli vətəndaşlara deyil, ümumilikdə ölkə üzrə orta aylıq əməkhaqqı göstəricilərinə də təsir edir. 

FED.az xəbər verir ki, Vüqar Bayramov bildirib ki, minimum əmək haqqının artması ölkə üzrə ortalama maaş göstəricilərinə birbaşa təsir göstərir:

“Minimum əmək haqqının artması ümumi ortalama əməkhaqı məbləğinə təsir göstərir. Çünki təxminən 700 minə yaxın vətəndaşımızın əməkhaqqısında artımlar baş verirsə, bu ölkə üzrə ortalama əməkhaqı məbləğinə də təsirsiz qalmır”.

Deputat qeyd edib ki, burada söhbət yalnız minimum əmək haqqı alan şəxslərdən getmir:

“Nəzərə alsaq ki, burada yalnız minimum əmək haqqı alan vətəndaşlarımızın deyil, eyni zamanda vəzifə tarif cədvəlinə uyğun olaraq maaş alan vətəndaşlarımızın da əməkhaqqılarında artımlar baş verir”.

Vüqar Bayramovun sözlərinə görə, Nazirlər Kabineti minimum əmək haqqındakı dəyişikliklərə uyğun olaraq müəyyən maaşların artırılması ilə bağlı qərarlar qəbul edir:

“Çünki Nazirlər Kabineti həmin vətəndaşlarımızın, xüsusən də dövlət qurumlarında çalışan və dövlət qulluqçusu olmayan vətəndaşlarımızın vəzifə maaşlarını artırması ilə bağlı qərar qəbul edir və minimum əmək haqqının yeni məbləğinə uyğunlaşdırır”.

Deputat bildirib ki, bu dəyişikliklər dövlət sektorunda çalışan bir sıra şəxslərin maaşına birbaşa təsir edir:

“Buna görə minimum əmək haqqı məbləğinin artması məhz həmin vətəndaşlarımızın da maaşlarına birbaşa təsir göstərir və artımlar müşahidə olunur. Amma konkret sektorlar üzrə maaş artımları ayrıca sənədlərlə tənzimlənir”.

Vüqar Bayramov vurğulayıb ki, minimum əmək haqqındakı artım həm dövlət, həm də özəl sektorda çalışan vətəndaşlara təsir göstərir:

“Minimum əmək haqqının artımı dövlət və özəl sektorda minimum əmək haqqı alan vətəndaşlarımızın maaşına və eyni zamanda dövlət orqanlarında çalışan və dövlət qulluqçusu olmayan vətəndaşlarımızın əməkhaqqılarının artmasına gətirib çıxarır”.  (Modern.az)

Seçilən
17
5
fed.az

7Mənbələr