AZ

Qərb sənayesi çökür- ABŞ rəsmisindən Çin elektromobilləri ilə bağlı ağır xəbərdarlıq

ABŞ-ın dövlət katibi Marko Rubio Çinin qlobal iqtisadi dominantlığı və Ağ Evin gələcək siyasi mənzərəsi ilə bağlı sensasion bəyanatlar səsləndirib.

Musavat.com xəbər verir ki, Rubio Pekinin gələcəyin strateji sahələrində dünya lideri olmaq istəyini tamamilə məntiqi addım kimi qiymətləndirib.

"Çin rəhbərliyinin yerində mən olsaydım, mən də eyni şeyi edərdim; onlar öz maraqları naminə gələcəyin bütün əsas sahələrində dünyaya ağalıq etməyə çalışırlar. Bu, bizim xoşumuza gəlməyə bilər, lakin biz də öz maraqlarımıza uyğun hərəkət etməliyik", -deyə o vurğulayıb.

Avropanın hazırda Çin elektromobillərinin işğalı altında olduğunu bəyan edən Rubio, bu axının Avropa sənayesini məhv etdiyini bildirib. O, ABŞ iqtisadiyyatının bir çox kritik sahələrdə Çindən 85% və ya 95% nisbətində asılı olduğunu xatırladaraq, bu təhlükəli tendensiyanın digər sahələrə yayılmasına icazə verməməyin vacibliyini diqqətə çatdırıb. Çıxışının sonunda daxili siyasi məsələlərə də toxunan Rubio, yaxın dostu Cey-Di Vensə (JD Vance) olan böyük dəstəyini nümayiş etdirib. O, Vensin gələcəkdə ABŞ Prezidentliyinə möhtəşəm bir namizəd olacağını qeyd edərək, onun namizədlik petisiyasını imzalayacaq və ona dəstək verəcək ilk şəxs olacağını bəyan edib. 

Musavat.com

Seçilən
43
2
musavat.com

3Mənbələr