AZ

Tramp səbəbindən Boeing səhmləri kəskin ucuzlaşıb

ABŞ-ın təyyarə istehsalçısı "Boeing" korporasiyasının səhmləri, ABŞ prezidenti Donald Trampın Çinin şirkətdən 200 təyyarə almaq planları barədə verdiyi bəyanatdan sonra 4,1% ucuzlaşıb. Oxuməni.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Səhmlərin ucuzlaşması, Çinin sifariş etdiyi təyyarələrin həcminin analitiklərin gözləntilərindən xeyli aşağı olması ilə izah olunur. Analitiklər Çindən daha böyük bir sifariş gözləyirdilər.

“Reuters”-in məlumatına görə, bu fonda "Boeing" və Avropanın "Airbus" istehsalçısı arasında dünyanın ən böyük və ən perspektivli bazarlarından biri hesab olunan Çin bazarı uğrunda rəqabətin yenidən gücləndiyi müşahidə olunur. Bununla yanaşı, Avropa şirkəti Çində mövqeyini onsuz da gücləndirmişdi.

Çin, artan hava nəqliyyatı tələbini ödəmək üçün "Boeing" və digər istehsalçılardan aktiv şəkildə təyyarələr alır. Ölkənin yaxın illərdə 1000 yeni təyyarəyə, 2045-ci ilə qədər isə ən azı 9000 təyyarəyə ehtiyacı var.

Xatırladaq ki, Ağ Evin rəhbəri özü iddia edir ki, "Boeing" Çinə 150 təyyarə satmaq istəyib, lakin əvəzində 200 təyyarə sifarişi alıb. Bundan əlavə, ABŞ lideri Pekin və Vaşinqton arasındakı münasibətləri çox möhkəm adlandırıb.

Almaz Həsənli

Seçilən
18
1
oxumeni.az

2Mənbələr