AZ

Banu Nurqaziyeva: WUF13 dünyadakı problemlərin həlli platforması kimi Azərbaycanın mövqeyini gücləndirir

ain.az bildirir, Baku.ws portalına istinadən.

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qeyri-hökumət təşkilatları (QHT) ekoloji problemlərin həllinə daha çox diqqət yetirməlidirlər.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Qazaxıstanın Vətəndaş Alyansının sədri Banu Nurqaziyeva mayın 16-da Bakıda keçirilən TDT-yə üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumunda deyib.

Onun sözlərinə görə, Azərbaycan sadəcə Şərqlə Qərb arasında strateji körpü deyil:

"Bu, həm də dialoq, etimad və qonaqpərvərlik məkanı, mədəniyyətlərin və ideyaların görüş yeridir. Biz həmçinin ekologiya sahəsində əməkdaşlığı gücləndirməliyik, çünki təbiət siyasi sərhədlər tanımır".

B.Nurqaziyeva həmçinin QHT-lər və vətəndaşlar arasında daimi kommunikasiya üçün vahid rəqəmsal platformanın yaradılmasını təklif edib.

Onun fikrincə, hazırda TDT çərçivəsində könüllülər hərəkatının gücləndirilməsinə ehtiyac var:

"Həmrəylik bizi istənilən sınaqdan daha güclü edir".

Alyans sədri ideyaların və təşəbbüslərin mübadiləsindən danışarkən mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) rolunu xüsusilə vurğulayıb:

"Bu, beynəlxalq səviyyəli problemlərin həlli və ünsiyyət yollarının axtarılması üçün platforma təqdim edən bir ölkə kimi Azərbaycanın artan rolunu nümayiş etdirir".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
1
baku.ws

2Mənbələr