AZ

İŞİD-in ikinci lideri məhv edildi


ABŞ qüvvələri Nigeriyada İŞİD-in dünya miqyasında ikinci liderini məhv edib.
Yeniavaz.com
xəbər verir ki, bu barıdı ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkə səhifəsində məlumat verib.
“Bu gün axşam mənim göstərişimlə rəşadətli Amerika və Nigeriya Silahlı Qüvvələri döyüş meydanında dünyanın ən fəal terrorçusunu məhv etmək üçün diqqətlə planlaşdırılmış və olduqca mürəkkəb bir missiyanı qüsursuz şəkildə yerinə yetirdilər. İŞİD-in dünya üzrə ikinci komandiri olan Əbu Bilal əl-Minuqi Afrikada gizlənə biləcəyini düşünürdü, amma onun nə etdiyi barədə bizə məlumat verən mənbələrimizin olduğundan xəbərsiz idi”, - ABŞ Prezidenti bildirib.
Trampın sözlərinə görə, əl-Minuqi artıq Afrika xalqlarını terrora məruz qoymayacaq və ya amerikalılara qarşı əməliyyatların planlaşdırılmasına kömək etməyəcək.
Seçilən
37
23
yeniavaz.com

10Mənbələr