AZ

Baş məşqçi Emreli ilə bağlı qərarını verdi

Almaniyada “Kayzerslautern”də gözlənilən heyət dəyişiklikləri fonunda Mahir Emrelinin gələcəyi ilə bağlı iddia irəli sürülüb.
ONN media xəbər verir ki, bu barədə SÜDWEST24 nəşri məlumat yayıb.
Bildirilib ki, komandanın baş məşqçisi Torsten Liberknext azərbaycanlı hücumçu ilə bağlı qərarını artıq verib. İddiaya görə, almaniyalı mütəxəssis Mahir Emrelini komandasında görmək istəmir. Bu səbəbdən 27 yaşlı forvardın özünə yeni klub axtarmasında problem olmadığı qeyd edilib.
Qeyd edək ki, Mahir Emreli bu mövsüm “Kayzerslautern”in heyətində 2-ci Bundesliqa və kubok turnirində ümumən 12 oyun keçirib və 2 qol vurub.
Seçilən
1
7
onn.az

9Mənbələr