AZ

Çin XİN Rusiya Prezidenti Vladimir Putinin səfər tarixini açıqlayıb

Pekin, 16 may, AZƏRTAC

Çinin Xarici İşlər Nazirliyi Rusiya Prezidenti Vladimir Putinin Çinə səfərinin tarixini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, nazirlik Rusiya dövlət başçısının Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti əsasında 19-20 may tarixlərində Çində səfərdə olacağını bildirib.

Qeyd edək ki, Rusiya Prezidentinin Çin səfəri ABŞ Prezidentinin səfərindən 4 gün sonraya təsadüf edəcək. Beləliklə, Çinin dünyanın iki böyük dövlətinin liderini eyni ayda qonaq etməsi baş verəcək.

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
Seçilən
7
6
azertag.az

7Mənbələr