AZ

QHT Agentliyi türk dövlətlərindən olan tərəfdaş qurumları birgə qrant müsabiqələrinə dəvət etdi

Xəbər verdiyimiz kimi Bakıda Azərbaycanın QHT Agentliyinin təşkilatçılığı, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Platformasının tərəfdaşlığı ilə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumu işə başlayıb.

Publika.az xəbər verir ki, forumun açılış mərasimində çıxış edən QHT Agentliyinin Müşahidə Şurasının sədri Fuad Məmmədov bildirib ki, dünən Qazaxıstanda - Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə türk dövlətlərinin liderləri bir daha bütün dünyaya birlik, güc, həmrəylik mesajları verdilər: “Azərbaycan Prezidenti cənab İlham Əliyevin öz andiçmə nitqində ifadə etdiyi bu cümlələri eyni ilə təkrar etmək istərdim: “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi?”. Bu gün Türk dünyası yüksəliş dövründədir, qarşımızda imkanlar, fürsətlər getdikcə genişlənir. Sülh, təhlükəsizlik, sabitlik, tərəqqi ideyalarına sadiq olan dost və qardaş xalqlarımızı ortaq etnik köklər, tarix, dil, mədəniyyət, ənənələr və dəyərlər birləşdirir”.

O, türk dövlətlərindən olan tərəfdaş qurumları QHT-lər üçün birgə qrant müsabiqələri elan etməyə dəvət edib: “QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri kimi bu tribunadan elan edirəm ki, biz türk dövlətləri ilə ikitərəfli və çoxtərəfli əsasda QHT-lər üçün birgə qrant müsabiqələri elan etməyə hazırıq. Bu istiqamətdə təşəbbüsləri müzakirə etməyə və qısa müddətdə bu işi təşkil etməyə hazırıq. Birgə qrant müsabiqələrində mexanizm heç də mürəkkəb deyil: tərəflər öz yerli normativ qaydalarına uyğun olaraq, müsabiqəni təşkil edir, QHT qarşısında şərt qoyulur ki, layihələr müvafiq tərəfdaş ölkədə keçirilsin”.

Seçilən
31
12
publika.az

10Mənbələr