Azpost saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Vaxtı ilə kollektorun üzərində tikilmiş evlərin sökülməsi nəzərdə tutulub.
Paytaxtın Xətai rayonu NZS qəsəbəsində bir evin çökməsi ilə nəticələnən hadisədən sonra Əlincə və Rəşid Bağırov küçələrində araşdırmalar aparılıb. Sakinlər deyirlər ki, həmin küçələrdə su kollektorunun üzərində olan 30-dan çox evin sökülməsi ilə bağlı bildiriş alıblar.
Sakinlər bildirirlər ki, həmin evlər uzun illər əvvəl kollektorun üzərində tikilib. Hətta, bəziləri evi son illərdə aldıqlarını və bundan xəbərsiz olduqlarını deyirlər.
Məsələ ilə bağlı Xətai rayon icra hakimiyyətindən bildirilib ki, hazırda aidiyyəti qurumlarla birlikdə araşdırma aparılır və yekun qərar araşdırmanın nəticəsindən sonra məlum olacaq.
AzPost.az
Paylaş
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.