AZ

Vinisius Junior “Çelsi”yə gəlir? Transfer xəbərlərinə son nöqtə qoyuldu

Idman.biz saytına istinadən ain.az xəbər verir.

İspaniyanın “Real Madrid” futbol komandasının hücumçusu Vinisius Junior ilə İngiltərənin "Çelsi" klubu arasında hər hansı danışıqların aparılması ilə bağlı yayılan xəbərlər təkzib olunub.

İdman.Biz xəbər verir ki, tanınmış insayder Fabrizio Romano bildirib ki, tərəflər arasında nə görüş, nə təklif, nə də transfer danışıqları baş tutub.

Məlumata görə, “Çelsi” hazırda braziliyalı futbolçunun transferi ilə bağlı heç bir rəsmi addım atmayıb və klubla oyunçu arasında əlaqə yoxdur. Vinisius isə tam şəkildə İspaniyanın "Real Madrid" klubuna fokuslanıb.

Qeyd olunub ki, futbolçunun gələcək müqavilə məsələsinə yalnız daha sonrakı mərhələdə baxıla bilər.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
icma.az

1Mənbələr