AZ

FİDE prezident seçkiləri bu payız Özbəkistanda keçiriləcək

Özbəkistanın Səmərqənd şəhərində sentyabr ayında Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Konqresi keçiriləcək. Oxuməni.az xəbər verir ki, FİDE mətbuat xidmətinin məlumatına görə, tədbirdə təşkilat rəhbərliyinin seçilməsi də olacaq.

Konqresin 20-27 sentyabr tarixlərində keçirilməsi planlaşdırılır. Prezident, vitse-prezident və digər FİDE rəsmilərinin seçkilərinin də daxil olduğu Baş Assambleyanın iclası 26-27 sentyabr tarixlərində keçiriləcək.

Xatırladaq ki, Arkadi Dvorkoviç 2018-ci ildən FİDE-nin rəhbəridir və 2022-ci ildə yenidən bu vəzifəyə seçilib. Ondan əvvəl Rusiya dövlət xadimi və iş adamı Kirsan İlyumjinov təşkilata 23 il rəhbərlik edib.

FİDE Konqresi, eyni zamanda Səmərqənddə keçiriləcək 46-cı Ümumdünya Şahmat Olimpiadası ilə paralel olaraq keçiriləcək.

Almaz Həsənli

Seçilən
2
1
oxumeni.az

2Mənbələr