AZ

“Real” Mourinyonun qayıdışını tezliklə açıqlayacaq - “Marca” nəşri

style='margin-bottom:10px;'>

Madrid “Real”ı baş məşqçi vəzifəsi üçün Joze Mourinyo ilə razılığa gəlib.

QOL.az xəbər verir ki, bu barədə kluba yaxıblığı ilə tanınan “Marca” nəşri məlumat yayıb. İddiaya görə, İspaniya nəhəngi hazırda "Benfika"nın baş məşqçisi olan portuqaliyalı mütəxəssisin təyinatını tezliklə rəsmən açıqlayacaq.

Məlumatda bildirilir ki, “Real” gözləntiləri doğrultmayan Alvaro Arbeloa ilə yolları ayıraraq, Mourinyoya işləməyə qərar verib.

Qeyd edək ki, Joze Mourinyo 2010-2013-cü illərdə də Madrid klubunu çalışdırıb. O, həmin dövrdə “kral klubu” ilə La Liqa, İspaniya Kuboku və İspaniya Superkubokunun qalibi olub.

Seçilən
16
1
teleqraf.com

2Mənbələr