AZ

Bu şəhərə 400 ildən çoxdur yağış yağmır

Lent az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Təsəvvür edin, elə bir şəhər var ki, müşahidələr tarixində insanlar orada heç vaxt çətir açmayıb. Yağış sözünü yalnız şəkillərdən tanıyırlar. Bu, fantastik roman süjeti deyil, Cənubi Amerikanın qərb sahilindəki reallıqdır. Bu, İkike şəhəridir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Atakama səhrası ərazisində yerləşən İkikedə ildə orta hesabla cəmi 2-5 millimetr yağıntı düşür. Müxtəlif mənbələrə əsasən, bu bölgədə son dəfə nəzərəçarpacaq yağış 1570-1600-cü illər arasında yağıb. Yəni təxminən 450 il əvvəl.

Buna baxmayaraq, şəhər yaşayır, inkişaf edir və turistləri qəbul edir.

İkikenin paradoksu onun yerləşdiyi mövqedədir. Bir tərəfdən şəhər Sakit okean sahilində yerləşir və normalda burada rütubət çox olmalıdır. Lakin buna Humboldt cərəyanı mane olur.

Bu soyuq okean axını havanın aşağı qatlarını soyudur və isti suyun buxarlanmasına imkan vermir. Nəticədə yağış buludlarının yaranması çətinləşir.

Digər tərəfdən isə şəhərə Atakama səhrası yaxınlaşır. And dağları şərqdən gələn rütubətli küləklərin qarşısını kəsir, səhradan gələn quru küləklər isə havanı daha da qurudur.

Beləliklə, qəribə bir təbii dövran yaranır: okean kifayət qədər rütubət vermir, qitə havası onu qurudur, dağlar isə rütubətin daxil olmasının qarşısını alır. Yağış buludu formalaşmağa çalışan kimi ya soyuq su, ya da qızmar qum onun yaranmasını dayandırır.

 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
35
lent.az

1Mənbələr