BAKI,TurkicWorld
Azərbaycanın müasir şirniyyat brendlərindən biri olan “Almond Cake & Bakery” 9-cu Animafilm Beynəlxalq Animasiya Festivalına sponsorluq edərək mədəniyyət və yaradıcı sənayelərə dəstəyini davam etdirir. Animasiya bu gün yalnız vizual əyləncə deyil, eyni zamanda fərqli mədəniyyətləri birləşdirən və mürəkkəb ideyaları sadə dildə çatdıran güclü ifadə vasitəsidir. Animafilm festivalı isə dünyanın müxtəlif ölkələrindən yaradıcıları bir araya gətirərək yeni ideyaların və əməkdaşlıqların formalaşmasına şərait yaradır.
Festivalın xüsusi əhəmiyyəti onun uşaqlar və gənclər üçün yaratdığı ilhamverici mühitdə də özünü göstərir. Animasiya, xüsusilə kiçik yaş qrupları üçün həm əyləncəli, həm də öyrədici məzmun təqdim edərək onların yaradıcılıq dünyagörüşünün formalaşmasına təsir edir.
“Almond Cake & Bakery”nin festivalda tərəfdaş kimi iştirakı brendin estetikaya, yaradıcılığa və sosial dəyərlərə verdiyi önəmin göstəricisidir. Bu əməkdaşlıq həm mədəni mühitin inkişafına, həm də gələcək nəslin yaradıcılıq potensialının dəstəklənməsinə töhfə kimi qiymətləndirilə bilər.