Bakı, 16 may, AZƏRTAC
Bu gün Azərbaycan Premyer Liqasında XXXII turun daha iki oyunu keçiriləcək.
AZƏRTAC xəbər verir ki, "Turan Tovuz" səfərdə "Şamaxı"nın qonağı olacaq.
"Qarabağ" isə Tofiq Bəhramov adına Respublika stadionunda "İmişli"ni qəbul edəcək.
Hər iki oyun saat 17:00-da başlayacaq.
Qeyd edək ki, turun ötən gün baş tutan matçlarında "Araz-Naxçıvan" "Kəpəz"i (2:0), "Qəbələ" "Karvan-Yevlax"ı (2:1) məğlub edib. Tura mayın 17-də yekun vurulacaq.