AZ

Avropanın məşhur klubu bütün oyunçularını satışa çıxardı - PULSUZLUQDAN

“Marsel” ciddi maliyyə böhranı ilə üz-üzə qalıb.

Sportinfo.az xəbər verir ki, insayder Santi Aunanın yaydığı məlumata görə, klub rəhbərliyi yaranmış vəziyyətdən çıxış yolu kimi komandanın bütün futbolçularını transferə çıxarmaq qərarına gəlib.

Klubun belə bir kəskin addım atmasına səbəb növbəti mövsümdə Çempionlar Liqasına vəsiqə qazana bilməməsidir. Bu uğursuzluq klubun gəlirlərinin kəskin şəkildə azalmasına və böyük maliyyə itkilərinə yol açıb.

Mövcud vəziyyətlə əlaqədar olaraq, “Marsel”in heyətində yer alan istənilən oyunçuya gələcək rəsmi təkliflər dərhal dəyərləndiriləcək.

9 qat Fransa çempionu olan “Marsel”ə hazırda Həbib Bey rəhbərlik edir. Komanda Liqa 1-in turnir cədvəlində 6-cı pillədə qərarlaşıb.

Seçilən
18
sportinfo.az

1Mənbələr