AZ

“Qarabağ” isveçli hücumçu ilə danışıq aparır 

İsveçin “Yurqarden” klubu hücumçu Zakaria Savo ilə bağlı “Qarabağ”la son danışıqları aparır.

İdmanxeber.az İsveç mətbuatına istinadən xəbər verir ki, Ağdam təmsilçisi 26 yaşlı futbolçu üçün ilkin təklif göndərib və tərəflər hazırda transferin yekun detalları üzərində işlənir.

Zakaria Savo hazırda Kiprin “AEL Limassol” klubunda icarə əsasında çıxış edir. Hücumçu burada keçirdiyi 23 oyunda 10 qol vurub, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Savo 2025-ci ilin əvvəlində Yunanıstanın “Aris” klubundan “Yurqarden”ə transfer olunmuşdu. Lakin o, İsveç təmsilçisində gözlənilən performansı göstərə bilməyib. Futbolçu Stokholm klubunda keçirdiyi 18 matçda cəmi 1 qol vurub və daha sonra icarə əsasında Kiprə yollanıb.

Qeyd edək ki, Zakaria Savonun klubu ilə müqaviləsi 2028-ci ilin sonuna qədər qüvvədədir.

Seçilən
17
idmanxeber.az

1Mənbələr