AZ

“Mercedes-Benz” müdafiə sənayesi sahəsində fəaliyyət göstərmək imkanını nəzərdən keçirir

Almaniyanın məşhur avtomobil istehsalçısı “Mercedes-Benz” müdafiə sənayesi sahəsində fəaliyyət göstərmək imkanını nəzərdən keçirir.

Bu barədə şirkətin baş direktoru Ola Kallenius “The Wall Street Journal” nəşrinə müsahibəsində bildirib.

Ola Kallenius bildirib ki, hazırkı qlobal vəziyyət Avropanın müdafiə potensialının artırılmasını zəruri edir.

“Dünya daha qeyri-sabit və proqnozlaşdırılması çətin hala gəlir. Avropanın müdafiə imkanlarını gücləndirməsinin vacibliyi aydındır. Əgər bu istiqamətdə töhfə verə bilsək, buna hazırıq”, – deyə o vurğulayıb.

Kalleniusun sözlərinə görə, müdafiə məhsullarının istehsalı şirkətin əsas fəaliyyət istiqaməti olmayacaq və minik, eləcə də yük avtomobillərinin istehsalı ilə müqayisədə biznesdə kiçik pay tutacaq.

Bundan əvvəl “Der Spiegel” yazmışdı ki, Fransa-Almaniya müdafiə şirkəti “KNDS” Berlin yaxınlığındakı Lüdviqsfelde şəhərində yerləşən “Mercedes-Benz” zavodunun alınması ilə bağlı danışıqlar aparır.

MənbəTREND
Seçilən
29
banker.az

1Mənbələr