AZ

Premyer Liqada bu gün iki oyun keçiriləcək

Misli Premyer Liqasının XXXII turunda bu gün daha iki görüş keçiriləcək. Metbuat.az xəbər verir ki, "Turan Tovuz" səfərdə "Şamaxı"nın qonağı olacaq.Şamaxı şəhər stadionunda baş tutacaq görüşü Rəvan Həmzəzadə idarə edəcək. Tovuz təmsilçisi hazırda 59 xalla 3-cü pillədə yer alıb. 8-ci yerdə olan "Şamaxı"nın isə 35 xalı var."Qarabağ" isə Tofiq Bəhramov adına Respublika stadionunda "İmişli"ni qəbul edəcək. Qarşılaşmanı Emin Əliyev idarə edəcək. "Qarabağ" 63 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 33 xala malik "İmişli" doqquzuncudur.Hər iki oyun saat 17:00-da start götürəcək.

Qeyd edək ki, turun ötən gün keçirilən görüşlərində "Araz-Naxçıvan" "Kəpəz"i (2:0), "Qəbələ" "Karvan-Yevlax"ı (2:1) məğlub edib. XXXII tura mayın 17-də yekun vurulacaq.

Seçilən
0
12
metbuat.az

10Mənbələr