AZ

DÇ 2026 da favoritlər kimdir? Deşamın rəyi

Qol.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

DÇ-2026-da favoritlər kimdir? - Deşamın rəyi

Fransa millisinin baş məşqçisi Didye Deşam komandasının 2026-cı il dünya çempionatının favoritləri arasında göstərilməsinə münasibət bildirib.

QOL.az xəbər verir ki, təcrübəli mütəxəssis bunun onun üçün problem olmadığını deyib.

“Favoritlər arasında olmağımız mənim üçün problem deyil. Amma Fransa İspaniya, Portuqaliya, Almaniya, İngiltərə, Argentina, Braziliya və ya Mərakeşdən daha böyük favoritdir? Hər kəsin bu barədə fərqli fikri ola bilər. Amma azarkeşlərin müəyyən gözləntilərinin olduğunu bilirəm”, – deyə Deşam bildirib.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı bu yay ABŞ, Meksika və Kanadada keçiriləcək. Fransa millisi İ qrupunda Seneqal, İraq və Norveçlə qarşılaşacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
38
1
qol.az

2Mənbələr