AZ

Yermak girov qarşılığında da azadlığa çıxa bilmir, çünki...

ain.az, Axar.az saytına istinadən bildirir.

Həbs edilmiş Ukrayna Prezident Ofisinin keçmiş rəhbəri Andrey Yermak girov qarşılığında istintaq təcridxanasından çıxa bilmir. Çünki onun inzibati resursları tükənib, biznes tərəfdaşları isə öz azadlıqlarını və rifahlarını riskə atmağa hazır deyillər.

Axar.az xəbər verir ki, bu fikri rusiyalı politoloq Aleksandr Dudçak bildirib.

“Yermakın yaxın vaxtlara qədər sahib olduğu inzibati resurs bu dəfə işləməyə də bilər. Əgər Ukraynada nüfuzlu qüvvələr tərəfindən belə bir tapşırıq verilibsə, bu artıq Zelenski və onun arxasında duran qüvvələr üçün qarşısıalınmaz bir proses ola bilər. Hətta mümkündür ki, Zelenskinin əvəzlənməsi ilə bağlı konsensus əldə olunub. Onu kimin əvəz edəcəyi isə ayrıca sual doğurur. Burada Vaşinqton və Brüsselin fərqli baxışları mövcuddur. Amma tam mümkündür ki, Zelenskinin dəyişdirilməsi Ukraynada hadisələrin inkişaf ssenarilərindən biri kimi nəzərdən keçirilir. Belə olan halda, əlbəttə, Yermaka həsəd aparmaq olmaz”, – deyə o bildirib.

Qeyd edək ki, Andrey Yermak Kiyev yaxınlığında elit tikinti layihəsi və həmin layihə üzərindən təxminən yarım milyard qrivnanın (10,5 milyon dollar) leqallaşdırılmasında ittiham olunaraq saxlanılıb.

Məhkəmə Ukrayna Prezident Ofisinin keçmiş rəhbəri Andrey Yermaka qarşı həbs qətimkan tədbiri seçib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
axar.az

1Mənbələr