AZ

Biləsuvarın bəzi əraziləri üç saat işıqsız qalacaq

ain.az, Bakivaxti portalına istinadən məlumat verir.

Biləsuvarın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq "Biləsuvar" yarımstansiyasından çıxan 10 kV-luq 6 və 11 saylı hava xətlərində təmir işləri aparılacaq:

"Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək şəhər ərazisində Mübariz İbrahimov, Səməd Vurğun, Mirzə Ələkbər Sabir, Azadlıq, Tofiq İsmayılov küçələri, eləcə də rayonun Bəydili, Aşağı Cürəli kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
25
37
bakivaxti.az

10Mənbələr