AZ

Dibala mundialda niyə iştirak etməyəcək?

ain.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

Argentina yığması bu yay keçiriləcək dünya çempionatı üçün genişləndirilmiş iştirak ərizəsini ictimaiyyətə açıqlayıb."Football-plus.az" xəbər verir ki, baş məşqçi Lionel Skaloninin hazırladığı siyahıya 55 futbolçu daxil edilib. Diqqəti cəlb edən əsas fakt Paulo Dibalanın ilkin siyahıya düşə bilməməsidi. “Roma”nın hücumçusu bu mövsüm ciddi zədə səbəbindən A seriyasında 20 oyun keçirib və 2 qol vurub.Skaloninin tərtib etdiyi siyahıya düşən hücumçuların adlarını nəzərinizə çatdırırıq: Culiano Simeone, Xulian Alvares, Nikolas Qonsales (hamısı “Atletiko”), Lionel Messi (İnter Mayami), Lautaro Martines (İnter), Santyaqo Kastro (Bolonya), Franko Mastantuono (Real), Canluka Prestianni (Benfika), Matias Sule (Roma), Xose Manuel Lopes (Palmeyras), Mateo Pelleqrino (Parma).

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
1
icma.az

2Mənbələr