AZ

Tovuzlu azarkeşlərin gözü Şamaxıda, qulaqları Tofiq Bəhramov da olacaq

sport24.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Misli Premyer Liqasının 32-ci turunun ikinci oyun günündə daha bir qarşılaşma Şamaxıda keçiriləcək. Sport24.az xəbər verir ki, "Turan Tovuz" bölgənin eyni adlı komandasının qonağıdır.

"Şirlər" üçün bu görüş heç bir əhəmiyyət daşımır. "Boz qurdlar"ın isə mövsümü ikinci pillədə başa vurmaq şansı var. Bunun üçün "Qarabağ" bu gün xal itirməli, Tovuz təmsilçisi isə Şamaxıdan qələbə ilə ayrılmalıdır. Bu səbəbdən tovuzlu azarkeşlərin diqqəti "şirlər"lə matça yönəlsə də, qulaqları "Tofiq Bəhrəmaov"dan gələcək xoş xəbərdə olacaq.

Qeyd edək ki, tura sabah keçiriləcək "Zirə" - "Sumqayıt", "Sabah" - "Neftçi" matçı ilə yekun vurulacaq.

Misli Premyer Liqası

III dövrə, XXXII tur 

17:00. "Şamaxı" - "Turan Tovuz"

Hakimlər: Rəvan Həmzəzadə, Eyyub İbrahimov, Teymur Teymurov, Ruslan QuliyevVAR: Kamranbəy RəhimovAVAR: Zeynal ZeynalovHakim-inspektor: Rəhim HəsənovAFFA nümayəndəsi: Emin CəfərovŞamaxı. Şəhər stadionu. 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
28
sport24.az

1Mənbələr