İsmayıllı rayonu ərazisində uçqun hadisəsi qeydə alınıb.
Moderator.az xəbər verir ki, bu barədə məlumat Baku.ws-in qaynar xəttinə daxil olub.
Hadisə zamanı Lahıc istiqamətindəki dağ yolunda iri qaya parçaları yola tökülüb.
Görüntülərdə yamacdan qopan böyük daşların yolun hərəkət hissəsinə düşdüyü öz əksini tapıb.