AZ

Tofiq Musayev Konqonun BMT-dəki daimi nümayəndəsi ilə görüşüb

Azərbaycanın BMT yanında daimi nümayəndəsi Tofiq Musayev konqolu həmkarı Zenon Mukonqo Nqay ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə Konqo Demokratik Respublikasının Birləşmiş Millətlər Təşkilatı (BMT) yanındakı Daimi Nümayəndəliyinin "X" sosial media hesabında məlumat paylaşılıb.

Bildirilib ki, görüş zamanı Azərbaycanın BMT-nin İnsan Haqları Komitəsi, Qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsi və Uşaq hüquqları üzrə Komitəsinin sədrliyinə namizdəlik məsələsi ətrafında müzakirə aparılıb. T. Musayev Konqodan sözügedən komitələrə sədrlik məsələsində Azərbaycanın namizədliyini dəstəkləməsini xahiş edib.

Qeyd edək ki, həmin komitələrə seçkilərin 2026-cı ilin iyun ayında keçirilməsi planlaşdırılır.

Seçilən
62
3
far.az

4Mənbələr