AZ

“Aston Villa” “Liverpul”u udub ÇL yə vəsiqə qazandı

ain.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

İngiltərə Premyer Liqasının 37-ci turunda “Aston Villa” doğma meydanda “Liverpul” üzərində 4:2 hesablı qələbə qazanıb.

“Qafqazinfo” xəbər verir ki, “Villa Park” stadionunda keçirilən qarşılaşmada ev sahiblərinin qollarını 42-ci dəqiqədə Morqan Rocers, 57-ci və 73-cü dəqiqələrdə Olli Uotkins, 89-cu dəqiqədə isə Con MakQinn vurub.

“Liverpul”un hər iki qoluna kapitan Vircil van Deyk imza atıb. Niderlandlı müdafiəçi 52-ci və 90+2-ci dəqiqələrdə fərqlənib.

Matça ehtiyat oyunçular skamyasında başlayan Temmi Abraham meydanda şans qazanmayıb.

Bu nəticədən sonra xallarını 62-yə çatdıran “Aston Villa” turnir cədvəlində 4-cü pilləyə yüksələrək, UEFA Çempionlar Liqasına vəsiqəni rəsmiləşdirib.

59 xalda qalan “Liverpul” isə buna baxmayaraq, liderliyini davam etdirib.

Premyer Liqanın son turunda “Aston Villa” “Mançester Siti” ilə qarşılaşacaq, “Liverpul” isə “Brentford”u qəbul edəcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
25
4
qafqazinfo.az

5Mənbələr