AZ

İlk milyarder idmançı -Bekhemin sərvəti 1,185 milyardı keçib...

İngiltərə milli komandasının sabiq kapitanı Devid Bekhem Böyük Britaniya tarixində milyarder statusuna çatan ilk idmançı olub. Bu barədə nüfuzlu "Tayms" nəşri məlumat yayıb.

51 yaşlı idmançı və onun həyat yoldaşı - müğənni və dizayner Viktoriya Bekhemin birgə sərvəti hazırda 1.185 milyard funt sterlinq dəyərində qiymətləndirilir. Qeyd olunur ki, məşhur cütlüyün maliyyə vəziyyəti təkcə son bir il ərzində iki dəfədən çox yaxşılaşıb.

Nəşrin təhlilinə görə, bu kəskin artım, əsasən, Bekhemin 2018-ci ildən ortaq sahibi olduğu MLS təmsilçisi "İnter Mayami" klubuna etdiyi sərmayə ilə bağlıdır. Hazırda səkkizqat "Qızıl top" sahibi Lionel Messinin də çıxış etdiyi komandada Bekhemin payının dəyəri təxminən 300 milyon funt sterlinqə çatır.

Mətləb

Seçilən
14
5
sia.az

10Mənbələr