AZ

Ebola təhlükəsi sərhədləri aşır – qonşu ölkələr xəbərdar edildi

Konqo Demokratik Respublikasının şərq bölgəsində yeni Ebola epidemiyası təsdiqlənib.

Musavat.com xəbər verir ki, bölgədə 246 şübhəli yoluxma halı və 65 ölüm qeydə alınıb. Aparılan 20 laborator analizindən 13-də Ebola virusu təsdiqlənib. Hazırda virusun dəqiq ştamının müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam edir.

Bildirilir ki, bu, Konqoda qeydə alınan 17-ci Ebola epidemiyasıdır. Ümumdünya Səhiyyə Təşkilatı və Afrika Xəstəliklərə Nəzarət Mərkəzi qonşu ölkələrlə təcili məsləhətləşmələr aparır və nəzarət tədbirlərini gücləndirir.

Mütəxəssislər virusun region ölkələrinə yayılması riskinə qarşı əlavə təhlükəsizlik tədbirlərinin görüldüyünü bildirirlər.

 

Musavat.com

Seçilən
19
musavat.com

1Mənbələr