AZ

Sertifikatı ləğv edilən tanınmış cərrah Səhiyyə Nazirliyini məhkəməyə verdi Detallar

Bakupost saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bu gün Bakı İnzibati Məhkəməsində hakim Aygün Əhədovanın sədrliyi ilə keçirilən məhkəmə iclasında cavabdeh Səhiyyə Nazirliyinin müvafiq əmri ilə sertifikatı ləğv edilmiş iddiaçı həkim plastik cərrah Rəşad Babayevin məhkəmə işinə baxılıb.

Bakupost.az xəbər verir ki, məhkəmə iclasında Rəşad Babayevdən başqa onun vəkilləri də iştirak edib.

Məhkəmə iclasında hakim bildirdi ki, iddiaçının nümayəndələri və vəkilləri məhkəmə sisteminə vəsatət və iddianın dəqiqləşdirilməsini yerləşdiribdir. Məhkəmə prosesi vəsatət və iddia ərizəsi ilə yanaşı dövründə bir sıra məsələlər müzakirə olundu.

Belə ki, iddiaçı Rəşad Babayevin uzun illər plastik cərrah kimi fəaliyyət göstərməsinə, həmçinin onun Həkimlərin Təkmilləşmə İnstitutunun plastik cərrahiya kafedrasının dosenti olmasına, hazırda bugün də kafedranın tərkibində dosent kimi rezidentlərin yetişdirilməsində iştirak etməsinə baxmayaraq, eyni zamanda bu günə qədər kifayət qədər rezidentlərin birbaşa yetişdirilməsində rolunun olmasına baxmayaraq, Səhiyyə Nazirliyi tərəfindən heç bir əsas göstərilmədən, heç bir inzibati araşdırma aparılmadan onun sertifikatı ləğv edilmişdir.

Bundan əlavə, məhkəmə iclasında Rəşad Babayev çıxış edərək bildirmişdir ki, plastik cərrah kimi ümumiyyətlə, ilk rəsmi kafedranın formalaşdırılmasında, yəni rezidentura təhsili yarandığı dövrdən bu günə qədər həmin kafedranın formalaşdırılmasında, rezidentlərin yetişdirilməsiində bilavasitə iştirak etmişdir.

Həmçinin R.Babayevin vəkilləri qeyd etdilər ki, Vətən müharibəsi dövründə müharibədə könüllü iştirak edən R.Babayev qazilərin xəsarətlərinin plastik cərrahiyyəsini həyata keçirməsinə görə dövlət tərəfindən tərtibləri olmasına baxmayaraq, SN tərəfindən ona qarşı qərəzli mövqe irəli sürülmüşdür.

Bundan əlavə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Rəşad Babayev ilə eyni vəziyyətdə olan şəxslər, hətta onun yetişdirdiyi tələbələr xüsusi təftiş komissiyasının apardığı araşdırma nəticəsində Səhiyyə Nazirliyinin müvafiq əmri ilə heç bir sertifikatları olmadan, rezidentura təhsili olmadan onların plastik cərrahiyə fəaliyyəti ilə məşğul olmalarına icazə verilsə də, Rəşad Babayevin bu fəaliyyəti məhdudlaşdırılmışdır və o da maraqlıdır ki, 19 mart 2026-cı il tarixdə Səhiyyə Nazirliyi müvafiq əmri ilə əvvəlki qaydalardakı kimi ixtisas dəyişdirməsinə icazə verilməsini, bunun üçün rezidentura təhsilinin olmamasını müəyyən etsə də, həmin əmrin onaltıncı bəndi ilə sertifikatı ləğv edilmiş həkimlərə qarşı münasibətdə konkret olaraq bu qaydaların tətbiq edilməməsi, edilmədiyini nəzərdə tutmuşdur. Əslində isə əmrlə, məhkəmə icrasında o da müəyyən edilmişdi ki, əmrlə Rəşad Babayev kimi onun vəziyyətində olan sertifikatları ləğv edilmiş şəxslərin hüquqlarının bu formada məhdudlaşdırılması özü də Səhiyyə Nazirliyi tərəfindən göstərilən növbəti bir qərəzli, atılan qərəzli bir addım idi.

Məhkəmə iclasında da səsləndirildi ki, ümumiyyətlə, həkimlərin sertifikatının ləğv edilməsi qaydaları həmin dövrdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimlənməsinə və bu səlahiyyətlərin Sertifikasiya Şurasına aid edilməsinə baxmayaraq, Səhiyyə Nazirliyi tərəfindən yaradılmış heç bir reqlamenti olmayan müvəqqəti bir qurum, tərkibi yalnız məmurlardan ibarət olmuş və tərkibində heç bir plastik cərrah və mütəxəssis həkim olmayan Xüsusi təftiş komissiyası tərəfindən həyata keçirilmişdir. Bundan əlavə, xüsusilə qeyd olundu ki, Səhiyyə Nazirliyinə məhkəmə tərəfindən dəfələrlə şifahi və yazılı formada sorğular verilməsinə baxmayaraq, iddiaçı tərəfinin vəsaiti ilə tələb olunan sənədlər bu günə qədər tam şəkildə təqdim edilməmişdir. Bu sənədlər xüsusən inzibati icraat materiallarıdır və bu materialların düzgün toplanılmaması və bugünə qədər də barəsində inzibati araşdırma aparılan şəxsə təqdim edilməməsi, ümumiyyətlə onun inzibati icraata çağırılma qaydalarının, inzibati cəza tətbiq olunma qaydalarının düzgün təşkil edilməməsi məhkəmə prosesində səsləndirildi və məhkəmə də öz mövqeyində həmin məlumatların iddianın əsaslandırılmasında və gələcəkdə sübut kimi məhkəmə tərəfindən nəzərə alınacağını vurğuladı.

Hakim məhkəmə iclasının sonunda iddia ərizəsi və vəsatətin bugünkü tarixdə electron məhkəmə sisteminə yerləşdirildiyini, Səhiyyə Nazirliyi, yəni cavabdeh inzibati orqan və məhkəmənin həmin sənədlə tanış ola bilmədiyini əsas gətirərək məhkəmənin hazırlıq iclasını iyun ayına təxirə salınmasını təmin etdi.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
51
3
www.bakupost.az

6Mənbələr