AZ

Livan və İsraildən mühüm addım

Livan və İsrail Vaşinqtonda keçirilən danışıqların üçüncü raundu çərçivəsində təhlükəsizlik sahəsində mümkün uzunmüddətli razılaşmanı müzakirə etməyə başlayıb.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindəki mənbə "Al Hadath" telekanalına bildirib.

Mənbənin məlumatına görə, tərəflər nəzərəçarpacaq irəliləyiş əldə ediblər və atəşkəs rejiminin müzakirəsindən digər qarşılıqlı fəaliyyət istiqamətlərinə keçiblər. Bu isə daha geniş razılaşmalar üçün əsas ola bilər.

eyd olunub ki, İsrail qoşunlarının Livan ərazisindən çıxarılması birbaşa "Hizbullah" hərəkatı tərəfindən gələn təhlükənin aradan qaldırılması ilə bağlıdır.

Qeyd edək ki, Livan nümayəndə heyətinə ABŞ-dəki keçmiş səfir Simon Karam rəhbərlik edir, İsrail tərəfini isə Milli Təhlükəsizlik Şurası rəhbərinin müavini Yosef Draznin təmsil edir.

Seçilən
1
2
publika.az

6Mənbələr