AZ

Premyer Liqa: “Kəpəz” “Araz Naxçıvan”a uduzub

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 15 may, AZƏRTAC

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXII turun daha bir oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, “Kəpəz” Sumqayıtdakı “SOCAR Polimer Arena”da “Araz-Naxçıvan”ın qonağı olub. Görüş Naxçıvan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticədən sonra xallarını 43-ə çatdıran "Araz-Naxçıvan" turnir cədvəlində 6-cı pilləyə yüksəlib. "Kəpəz" isə 27 xalla 10-cu sırada qalıb.

Qeyd edək ki, XXXII turun açılış matçında I Liqaya düşəcəyi dəqiqləşən “Karvan-Yevlax” evdə “Qəbələ”yə uduzub - 1:2. Tura mayın 17-də yekun vurulacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
3
azertag.az

5Mənbələr