Türkiyəli məşhur aktyor Kadir İnanır yenidən xəstəxanaya yerləşdirilib.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, ötən gecə aktyorun səhhətində problem yaranıb.
Xəstəxanada ona pnevmoniya (ağciyər iltihabı) diaqnozu qoyulub.
Sənətçi reanimasiya şöbəsinə yerləşdirilib.