AZ

Ukraynada qadınların ölkəni tərk etmək qadağası ləğv edilir

Ukrayna Nazirlər Kabineti istisnasız olaraq bütün qadınlar üçün ölkəni tərk etməklə bağlı məhdudiyyətləri ləğv etmək qərarına gəlib.

Aznews.az xəbər verir ki, bu barədə Baş nazir Yuliya Sviridenko açıqlama verib.

"Hökumət hökumətdə, yerli özünüidarəetmədə, dövlət müəssisələrində və məhkəmələrdə vəzifələrindən asılı olmayaraq bütün qadınlar üçün sərhəd keçid məntəqələrindəki məhdudiyyətləri ləğv edir", - o bildirib.

Seçilən
8
9
aznews.az

10Mənbələr